Apr
19
2025
Mar
13
2025
Peşəkar Çövkən Liqasında yeni mövsümə start verilmişdir
11-12 mart 2025-ci il tarixlərində Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasında yeni mövsümün açılış mərasimi və ilk turun oyunları keçirilmişdir.
Feb
07
2025
“Sərhədçi” kuboku uğrunda konkur yarışları keçirilmişdir
5-6 Fevral tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Sərhədçi Atçılıq Mərkəzində “Sərhədçi” kuboku uğrunda konkur yarışlarına start verilmişdir.
Jan
27
2025
40-cı qarüstü polo üzrə dünya kuboku başa çatmışdır
Yanvarın 24-də start götürən və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə uğurla təmsil edən “Azerbaijan - Land of Fire” komandası keçirdiyi bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub etmiş və turnirin final qarşılaşmasına vəsiqə qazanmağı bacarmışdır.
Jan
17
2025
Azərbaycan Respublikası Atçılıq Federasiyası 2024-cü ilin yekunlarını qeyd etmişdir
17 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyası 2024-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirdi. Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, federasiyanın prezidenti Elçin Quliyev, idarə heyətinin üzvləri və dəvət olunmuş qonaqlar iştirak etmişdir.
Jan
06
2025
Çövkən üzrə “Super Kubok”un qalibi müəyyən olunmuşdur
Yanvar ayının 5-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən üzrə “Super Kubok”un final oyunu keçirilmişdir.
Dec
17
2024
Dec
17
2024
11-ci Prezident Kubokunun mətbuat konfransı və püşkatma mərasimi keçirilmişdir
Dekabr ayının 14-də Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən ənənəvi olaraq təşkil edilən çövkən üzrə 11-ci Prezident Kubokunun mətbuat konfransı və püşkatma mərasimi keçirilmişdir.
Dec
12
2024
6 dekabr tarixində Buenos-Ayresdə Beynəlxalq Polo Federasiyasının (FIP) Baş Assambleyası keçirilib.
ICF prezidenti Bəhruz Nəbiyev tədbirə virtual şəkildə qatılaraq qısa, lakin təsirli bir çıxış edib. O, Çövkən və Polonun oxşarlığını vurğulayaraq, bu iki yaxın idman növünü dünyada tanıtmaq üçün birgə strategiyanın hazırlanmasının vacibliyini bildirib.
Nov
29
2024
Çövkən sevərlərin nəzərinə!
2 və 5 dekabr 2024-cü il tarixlərdə Peşəkar Çövkən Liqasının sonuncu turun oyunları keçiriləcək.