“Sərhədçi” kuboku uğrunda konkur yarışları keçirilmişdir


5-6 Fevral tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasınıntəşkilatçılığı ilə Sərhədçi Atçılıq Mərkəzində “Sərhədçi” kuboku uğrunda konkuryarışlarına start verilmişdir.

“E” koteqoriyası üzrə 90 sm  “L” koteqoriyası üzrə isə 115 sm hündürlükdəqurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarıidmançılar isə 6 yaşadək olan atlarla iştirak etmişlər.

17 idmançının iştirak etdiyi “E” koteqoriyasında baş tutan mübarizədə“Respublika Atçılıq  Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış OlimpiyaEhtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Valeriya Roşenko “Şəhzadə” ləqəbli atla birinci, “Sərhədçi” atçılıq klubunun təmsilçisi Gülay Fərzəliyeva “NababDe Belou” ləqəbli atla ikinci, “RAMBİOEUGİM”in təmsilçisi Ayan Fərəcova “Tibet” ləqəbli atla üçüncü, “Sərhədçi” atçılıq klubunun təmsilçisi Qəzənfər FərzəliyevƏsanə” ləqəbli atla dördüncü, “RAMBİOEUGİM”in digər təmsilçisi Amena Gonizziisə “Pur-Pur” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.

“L” kateqoriyasında yaş məhdudiyyəti olmadan 14 idmançının mübarizəapardığı yarışda “Sərhəçi” atçılıq klubunun təmsilçiləri Ramil İbrahimov “Şirin” ləqəbliatla birincieyni klubun təmsilçisi Gülay Fərzəliyeva “Nabab De Belou” ləqəbli atlaikinci, “Elite” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla üçüncüeyni klubun təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla dördüncü  “Omar” atçılıq klubunun təmsilçisi Kənan Novruzov isə “Savalan” ləqəbli atla beşinci yerinsahibi olmuşdur.

“M*” koteqoriyası üzrə 120 sm hündürlükdə qurulan maneələrdən ibarətyarışda yaş məhdudiyyəti qoyulmayan atlarla 8 idmançı iştirak etmişdir.

Mübarizənin yekununda “Elite” atçılıq klubunun təmsilçisi Anar HümbətovDamla” ləqəbli atla birinci“Buta Golden” atçılıq klubun təmsilçisi Eqor MorotskiAstrello” ləqəbli atla ikinciAydan Ağayeva isə “Zirvə 2” ləqəbli atla üçüncü yerinsahibi olmuşdur.

Sonda hər üç koteqoriyada birinci yerin sahiblərinə “Sərhədçi” kubokuikinci üçüncü yerlərin sahiblərinə medal  Azərbaycan Respublikası AtçılıqFederasiyasının fəxri diplomu təqdim edilmişdir.

 

Azərbaycan Respublikası Atçılıq Federasiyası