“A” kateqoriyası üzrə 90 sm və “L” kateqoriyası üzrə 115 smhündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanınmüxtəlif atçılıq klublarından olan idmançılar iştirak etmişdir. Bu kateqoriyalar üzrə 20 yaşadək idmançılar yaş məhdudiyyətiolmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadəkatlarla mübarizə aparmışlar.
17 idmançının iştirak etdiyi “A” kateqoriyası üzrə keçirilənyarışda “Sərhədçi” atçılıq klubunun təmsilçisi QəzənfərFərzəliyev “Əsanə” ləqəbli atla birinci, “Respublika Atçılıq vəMüasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya EhtiyatlarıUşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Ayan Fərəcova“Tibet” ləqəbli atla ikinci, eyni məktəbin digər təmsilçisiValeriya Roşenko “Şəhzadə” ləqəbli atla üçüncü, “Elite” klubunun təmsilçisi Əhəd Məmmədov “Walonka” ləqəbli atladördüncü və “Alart S” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.
“L*” kateqoriyası üzrə yaş məhdudiyyəti olmadan 13 idmançının mübarizə apardığı yarışda “Gilan” atçılıq klubununtəmsilçisi Rahib İsmayılov “Cartanio” ləqəbli atla birinci, “Elite” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva “Zidan D” ləqəbli atla ikinci, həmin idmançı “Zirvə 2” ləqəbli atla üçüncü, “Gilan” atçılıq klubunun təmsilçisi Elmar Abdullayev “Xəzər” ləqəbli atla dördüncü, “Buta Golden” atçılıq klubunun təmsilçisiEqor Morotski “Guadella” ləqəbli atla beşinci yerin sahibiolmuşdur.
“M**” kateqoriyası üzrə 125 sm hündürlükdə qurulanmaneələrdən ibarət yarışda yaş məhdudiyyəti qoyulmayanatlarla 11 idmançı iştirak etmişdir. Mübarizənin yekununda“Buta Golden” atçılıq klubunun təmsilçisi Eqor Morotski“Astrello” ləqəbli atla birinci, “Gilan” atçılıq klubununtəmsilçisi Elmar Abdullayev “Xəzər” ləqəbli atla ikinci, “Elite” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva “Zidan D” ləqəbliatla üçüncü, “Buta Golden” atçılıq klubunun təmsilçisi EqorMorotski “Guadella” ləqəbli atla dördüncü, “Elite” atçılıqklubunun təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atlabeşinci yerin sahibi olmuşdur.
Sonda hər üç kateqoriya üzrə birinci yerin sahiblərinə “ARAF “kuboku, ikinci və üçüncü yerlərin sahiblərinə medal, dördüncüvə beşinci yerlərin sahiblərinə isə Azərbaycan RespublikasıAtçılıq Federasiyasının diplomu təqdim edilmişdir.
Azərbaycan Respublikası Atçılıq Federasiyası