Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” uğurla başa çatmışdır.
11-12 mart 2025-ci il tarixlərində Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasında yeni mövsümün açılış mərasimi və ilk turun oyunları keçirilmişdir.
5-6 Fevral tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Sərhədçi Atçılıq Mərkəzində “Sərhədçi” kuboku uğrunda konkur yarışlarına start verilmişdir.
Yanvarın 24-də start götürən və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə uğurla təmsil edən “Azerbaijan - Land of Fire” komandası keçirdiyi bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub etmiş və turnirin final qarşılaşmasına vəsiqə qazanmağı bacarmışdır.
17 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyası 2024-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirdi. Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, federasiyanın prezidenti Elçin Quliyev, idarə heyətinin üzvləri və dəvət olunmuş qonaqlar iştirak etmişdir.
Yanvar ayının 5-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən üzrə “Super Kubok”un final oyunu keçirilmişdir.