📅 30 avqust
✅ “At gücü” – klassik avtomobillərin yürüşü və çövkən yarışı
Dənizkənarı Milli Parkdan start götürəcək yürüş paytaxtın mərkəzi küçələrini əhatə edəcək və Binə Atçılıq Mərkəzində başa çatacaq.
Binə Atçılıq Mərkəzində klassik avtomobillərin sərgisi, eləcə də milli atüstü oyun növlərindən olan çövkən yarışı və atların şousu təşkil ediləcək. Əlavə olaraq tədbir çərçivəsində Minelli, Yusif Eyvazov, Afaq Abbasova və Vittorio Qriqolo çıxış edəcəklər.