24 fevral 2018-ci il tarixdə Arzu kubokunun ikinci
mərhələsi Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutub.  S* kateqoriyası üzrə təşkil olunan
oyunda  hər yaş qrupundan olan idmançılar
iştirak edib.
 Maneələrin hündürlüyü 130-140 sm təşkil edən yarışda
 3-cü yerə Murad Klubunun 
idmançısı Kərim Abdullayev Clima ləqəbli atla, 2-ci yerə“Omar” klubunun
idmançısı Ələkbər Məmmədov AFP S Chantal 261  ləqəbli atla yüksəlmişdir.  
Birinci yerin və Arzu
kubokunun qalibi  isə  “Sərhədçi” klubunun idmançısı
Seyid Musayev Concorde 57 ləqəbli atla olmuşdur.
 
Beləliklə, 2 gün davam edən konkur üzrə Arzu Kuboku
turnirinə yekun vurulub.
Turnirin ümumi mükafat fondu 5000 AZN təşkil edib.
                        
                                    
                                                                        
                                    
                                