Qarabağ atları Moskvada keçirilən XXI Beynəlxalq At Sərgisində nümayiş olunur. Noyabrın 28-dən dekabrın 1-dək "Sokolniki" Sərgi və Konqres Mərkəzində keçirilən "Ekviros" adlı sərgidə ilk dəfə olaraq Azərbaycanın qüruru olan nadir cins Qarabağ atları iştirak edir.
Qarabağ
atlarının Moskvada keçirilən sərgidə iştirakında Azərbaycan Respublikası
Atçılıq Federasiyası, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Qarabağ
atlarının populirizasiyası ilə məşğul olan "Unicorn Challange"
kompaniyası xüsusi dəstək göstərir.
Sərgi
çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə tanış
olmaq imkanı əldə ediblər.
Nümayəndə
heyəti tərəfindən izləyicilərə Qarabağ atları, onların tarixi və xüsusiyyətləri
haqqında geniş məlumat verilib.
Qeyd
edək ki, sərgidə, 4 gün ərzində təqribən, 300 atın iştirakı
planlaşdırılmışdır.