Azərbaycan
Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Azərbaycan
xalqının dünya atçılığına bəxş etdiyi xüsusi cins olan Qarabağ atları 10-13 may
2018-ci il tarixlərində Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr
olunmuş tədbirlərdə möhtəşəm şou proqramla çıxış edəcəklər. Milli qürurumuz
olan Qarabağ atları dünyanın bütün ölkələrində xüsusi bir cins kimi tanınır.
Kraliça
II Elizabetə 1956-cı ildə hədiyyə edilən “Zaman” ləqəbli Qarabağ atı London
qəsrinə gətirilmiş ilk Azərbaycan cinsi kimi tarixə düşüb.
Azərbaycan
Respublikası Atçılıq Federasiyası Vətənimizi bu mötəbər tədbirdə ilk dəfə 2012-
ci ildə, sonra isə 2016- cı ildə layiqincə təmsil etmişdir. Bu tədbir dünyanın
atçılığı təbliğ edən ən mötəbər tədbirlərindən biridir. Azərbaycanın
bu tədbirdəki ilk iştirakından etibarən bütün dünya vətənimizin igidlik və
gözəllik simvollarından biri olan Qarabağ atına valeh olub.
ARAF 2018-ci il
tədbirinə xüsusi şövqlə, xüsusi əzmlə hazırlanmışdır. Ümid edirik ki, “Odlar
Yurdu – Azərbaycan” adlı kompozisiya hər kəsi heyran edəcək.
Britaniya
monarxlarının şəhər kənarındakı iqamətgahı sayılan Vindzor qəsrində keçirilən
tədbirlərdə hər gün Kral ailəsinin bir üzvü iştirak edəcək. Son gün isə Kraliça
II Elizabetin iştirakı planlaşdırılıb.
Qeyd
edək ki, Qarabağ Atlarının möhtəşəm şousu bugün yerli vaxtla saat 18:45-də baş
tutacaq. Tədbirin qapanış mərasimi 13 may tarixində keçiriləcək.
Qarabağ
Atlarının çıxış vaxtları aşağıda qeyd olunub:
1.10
may 2018-ci il saat 18:45.
2.
11 may 2018-ci il saat 18:55.
3.12
may 2018-ci il saat19:30.
4.13
may 2018-ci il saat 19:45.