Qar Polosü üzrə Dünya Kuboku Sankt-Moritz - Gün 3: Cartier komandasının qırmızı formalı oyunçuları yenidən qalibdir!


Üç gün həyəcanla davam edən qar polo oyunu 28 Yanvar 2018-ci ildə Sankt-Moritzdə başa çatdı! Dünyaya qar polosunun təqdim edilməsində məsul olan "Polo atası", hal-hazırda yer üzündəki ən böyük qar polosu yarışının baş direktoru və təşkilatçılarından olan Reto Gaudenzi öz məruzələrindən birində "Allah bir polo oyunçusu olmalıdır" demişdir.

Günün ilk oyununda Odlar Yurdu Azərbaycan üçüncülük və La Martina kuboku uğrunda 2017-ci ilin ikincisi Badrutt’s Palace komandası ilə üz-üzə gəldi. Azərbaycan yarışın ikinci günü eyni komandaya qarşı qazandığı qələbəni bu gün də təkrarlamaq arzusundadır. Yarım saat xal lövhəsi Azərbaycanın xeyrinə 3-2 hesabında idi, amma bu hesab sona qədər belə qalmadı. Üst-üstə 3 qol vuran ən yaxşı qol kralı Melissa Ganzi və komandasının səylərinə baxmayaraq, ağ geyimli  Azərbaycanlı idmançılar oyunu əldən buraxmadılar.  Yarışın son dəqiqələrində Badrutt’s Palace komandası əsl əzmkarlıq göstərərək bir qol vurdu, lakin bu kifayət deyildi. Azərbaycan 5-4 hesabı ilə qalib oldu. Matçdan sonra La Martina Avropanın baş direktoru Enrico Roselli Azərbaycan komandasına mükafatını təqdim etdi.

    Final isə üç günün həyacanını əks etdirən əfsanəvi döyüş idi - ilk top atıldıqdan sonra Cartier komandasının  “qol maşınları” Dario Musso, Chris Hyde, Rommy Gianni və yeni komanda yoldaşı Juan Cruz Greguoli Maserati əleyhinə olan məqsədlərini ortaya qoydular. İlk çukkada komandalar donmuş gölün ətrafını ildırım kimi sardılar və mavi geyimli Maserati komandası qırmızı geyimli rəqiblərinə qarşı hesabı artırmağa çalışırdı.

Final çukkası başlayanda Hyde birdən birə sürətini artıraraq, Cartier İdarəetmə direktoru (İsveçrə) xanım Laurence Burjua və tamaşaçıların alqışlarına cavab olaraq ard-arda 4 penaltı vurdu və hesab 4½-3 oldu.

Saat 1.41 dəqiqəni göstərəndə Maserati son bir cəhd də göstərdi, lakin saat da öz sözünün dedi: tik, tik, tik. Budur hər şey bitdi. Qırmızı geyimli Cartier komandası Qar Polosu üzrə Dünya Kuboku Sankt-Moritz 2018’in və “Cartier Trophy”nin qalibi olaraq, Kapitan Rommy Gianny-yə  üçüncü ard-arda qalibiyyəti yaşatdılar. “Cartier Trophy” Cartier İdarəetmə Direktoru Laurence Burjua (İsveçrə) və Cartier St. Moritz Butik Direktoru xanım Kaethy Dobers tərəfindən təqdim edildi. Ən yaxşı oyunçu mükafatına Dario Musso layiq görüldü və ən yaxşı oynayan Poni Mussonun mindiyi Zedan ləqəbli at oldu. Ən yaxşı oynayan kapitan mükafatı isə Cartier komandasının Kapitanı Rommy Gianny-yə verildi. Və beləliklə, Qar Polosu üzrə Dünya Kuboku Sankt-Moritz 2018 sona çatdı. Minlərlə tamaşaçı İsçevrə qonaqpərvərliyindən və həyəcanlı polo oyunlarından zövq aldı və ən əsası fantastik təcrübə qazandı. Bütün bunlar deməyə icazə verir ki, Qar Polosu üzrə Dünya Kuboku Sankt-Moritz 25-27 yanvar 2019, tarixi səbirsizliklə gözlənilir!