Qar Polosu üzrə Dünya Kuboku St. Moritz 2018-in ikinci günü


2017 çempionları Cartier və Maserati komandaları 28 Yanvar 2018-ci il tarixdə finalda  yarışacaqlar. Qar Polosu üzrə Dünya Kuboku St. Moritz 2018-in ikinci günündə günəşli və açıq hava minlərlə izləyicini  dünyanın ən əhəmiyyətli qar polosu turnirinə toplayır.

Günün ilk matçı 2017-ci ildə çempion olan Cartier'in rəqibi Maserati'yi almasıyla başladı. Hər iki komanda dünən arenadan qalib ayrılmışdı, buna görə də bütün oyunçular oynamalı  idi. Cartier yalnızca “Maserati Kuboku” nu almağı məqsədinə qoyaraq yarış sahəsinə çıxdı və hər zamanki kimi topda birinci idi. Elə buna görə də Maserati komandasını 3.5 – 2 hesabı ilə məğlub etdi.

Günəş, Engadin Vadisində parlamağa davam edərkən, bu ilki müsabiqədə yeni olan Azərbaycan Melissa Ganzi'nin komandanlıq etdiyi Badrutt Palace ilə Deutsche Bank Wealth Management Challenge kuboku üçün  qarşı-qarşıya gəldi.

Komandamız dəyişiklik edərək, Tərlan Qurbanaliyevi oyuna daxil etdi və Badrutt Palace komandasına qarşı  daha güclü bir komandaya çevrildi. Ən başından etibarən Adrian və Andrés 'Lala' Laplacette oyunda  üstünlüyü ələ aldı. Top ilk çukkanın başlaması üçün atıldığı zaman, Lala iki qol vurdu və öz komandasında təzyiqin az olması üçün lazım olan boşluğu yaratdı.

Yarım saatda  Badrutt’s Palace Alejandro Novillo Astrada trəfindən atılan əla qol ilə komandasına xal yazdırsa da , Elçin Camallının atdığı penaltı ilə hesab  3-1 qaldı.

Badrutt’s Palace komandasının səylərinə baxmayaraq, Azərbaycan 9-4 hesabı ilə qalib olaraq Deutsche Bank Wealth Management Challenge kubokunun sahibi oldu.