Qar Polosu üzrə Dünya Kuboku St. Moritz 2018


26-28 yanvar 2018 tarixləri arasında baş tutacaq əfsanəvi 34'üncü Qar Polosu üzrə Dünya Kuboku St. Moritz yenilik ilə gəlir: İlk dəfə olaraq iki qadın bir komandaya rəhbərlik edəcək. Digər ilk isə , Polo idmanının vətəni olan Azərbaycanın iştirakıdır. Komandalar yenə dünya səviyyəli oyunçulardan ibarət olacaq.

 Milli Polo komandamız artıq məşqlərə start verib.  Belə ki, Polo cəmiyyətinin ən populyar illik tədbirlərindən biri olaraq qurulan, 12-14 yanvar 2018-ci il tarixləri arasında  Kitzbuhel  şəhərində baş tutmuş 16-cı Qar Polosu Dünya Kubokunda qonaq kimi iştirak edən komandamız ilk məşqini də orada edib.