23 dekabr 2019-cu il tarixdə Binə Atçılıq Mərkəzinin qapalı
manejində Prezident Kuboku uğrunda mübarizə çərçivəsində Çövkən Milli Atüstü
Oyununun yarımfinal mərhələsi keçirilib.
Saat 11:00-dan etibarən başlayan ilk oyunda Omar Çövkən
Komandası ilə Polad Çövkən Komandası qarşılaşıblar. Gərgin mübarizə şəraitində
keçən görüşdə Omar Çövkən Komandası rəqibi üzərində 2-1 hesablı qələbə qazanıb.
Günün ikinci yarımfinal görüşü Buta Qolden Çövkən Komandası
ilə Sərhədçi Çövkən Komandası arasında baş tutub. İlk hissənin qolsuz keçməsinə
baxmayaraq ikinci hissədə Buta Qolden Çövkən Komandası rəqibi üzərində üstünlük
əldə edərək 4-1 hesablı qələbə əldə
edib.
24 dekabr 2019-cu il tarixdə keçiriləcək oyunun finalçıları
bəlli olub. Saat 11:00-dan etibarən başlayacaq oyunlarda ilk olaraq Polad və Sərhədçi
çövkən komandaları üçüncülük uğrunda mübarizə aparacaqlar. Bu oyunun ardınca isə
Buta Qolden və Omar Çövkən komandaları Prezident Kubokunun qalibi olmaq yolunda
final oyununda qarşı-qarşıya gələcəklər.
Atçılıq həvəskarları tərəfindən final qarşılasması maraqla
gözlənilir. Xüsusi qonaqların da iştirakı ilə keçiriləcək oyunu yüzlərlə
tamaşaçı izləyəcək.
Xatırladaq ki, yarışın ümumi mükafat fondu 50000 manat təşkil
edir.