“Prezident Kuboku” turnirində qrup üzrə oyunlar davam edir.


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təçkilatçılığı ilə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turniri davam edir.

13 dekabr 2018-ci il tarixdə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turnirinin qrup üzrə növbəti oyunları keçirilib.

Günün ilk oyununda “A” qrupu üzrə Ağstafa Çövkən komandası ilə Sərhədçi Çövkən komandası üz-üzə gəlib. Sərhədçi Çövkən komandası 4-1 hesabı ilə Ağstafalıları məğlub edib.

Günün ikinci oyunu “B” qrupundan Qarabağ Çövkən komandası və Omar Çövkən komandası arasında baş tutub. Həyəcandolu görüşdə oyun 3-0 hesabı ilə Omar Çövkən komandasının xeyrinə başa çatıb.

Günün ikinci yarısında “A” qrupundan Murad Çövkən komandası ilə Buta Golden Çövkən komandası üz-üzə gəlib. Gərgin mübarizənin qalibi 5-1 hesabı ilə Buta Golden komandası olub.

Günün qrup üzrə son oyunu  “B” qrupundan Polad Çövkən komandası ilə Köhlən Çövkən komandası arasında baş tutub. Polad 3-0 hesabı ilə Köhlən komandasını məğlub edib.

Qeyd edək ki, 14 dekabr tarixdə  Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunun qrup üzrə son oyunları keçiriləcək və 22 dekabr tarixdə keçiriləcək yarımfinal görüşündə “A” qrupu üzrə 1-ci yer tutan Komanda “B” qrupunun 2-cisi, “B” qrupu üzrə 1-ci olan komanda “A” qrupunun 2-cisi ilə yarışacaq. 23 dekabr tarixdə isə üçüncülük və final uğrunda mübarizə baş tutacaq.

Aşağıdakı linkə daxil olaraq qruplar üzrə nəticələrlə tanış ola bilərsiniz.

http://araf.az/pdf/TpriComtrwsaqrup_oyunlari_13.12.18.pdf