POLO ÜZRƏ AZƏRBAYCAN YIĞMASI AMERİKADA BEYNƏLXALQ POLO KUBOKUNDA 2-Cİ OLUB.


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı və “PAŞA Siğorta” ASC-nin sponsorluğu ilə Azərbaycan Milli Polo Komandası Amerikanın Florida ştatında “Grand Champions Polo Club”da 24 noyabr 2018-ci il tarixdə Polo üzrə Beynəlxaq Kubokda ABŞ komandası ilə final oyunu oynayıb.

“Grand Champions Polo Club”un təşkilatçılığı ilə baş tutmuş Polo üzrə Beynəlxalq Kubok Polo və payız sezonunun son  həftəsində keçirilən ənənəvi ən böyük tədbirdir.

2012-ci ildən bəri 6 dəfə Çempion olan ABŞ komandası bu dəfə finalda Odlar yurdu, dünyanın ən məhşur güclü polo komandası Azərbaycanı qarşıladı.

Milli komandamız Amerika Beynəlxalq Polo çempionatında ilk dəfə iştirak edirdi.

“PAŞA Siğorta” ASC-nin sponsorluq etdiyi yığmamızın start heyətində Elçin Camallı, Amil Namazov, Andres (LaLA) Laplacette, Adrian Laplacette və Rəşad Həsənov yer alıb. Komandanın baş məşçisi Namiq Orucovdur.

24 noyabr tarixdə baş tutmuş həyəcanverici final  oyununda komandalar kubok uğrunda gərgin mübarizə aparmışdır. 6 dəfə ardıcıl çempion olmuş ABŞ komandası qarşısında komandamız yüksək əzmkarlıq və mübarizlik nümayiş etdirdi. Son dəqiqələrdə Elçin Camallı və Amil Namazovun vurduğu möhtəşəm qollara baxmayaraq ABŞ 9-7 hesabı ilə qalib gələrək yenidən Kubokun sahibi oldu. Millimiz isə 2-ci yerdə qərarlaşdı.

   Amerika Birləşmiş Ştatlarında üçrəngli bayrağımızı ucaltmış idmançılarımıza dərin təşəkkürümüzü bildirir, gələcəkdə daha yüksək zirvələrin fəth edilməsini arzulayırıq!