Polo üzrə Avropa Çempionatı 20 sentyabr 2018-ci il tarixdə start götürəcək.


İtaliyanın Siyene şə­hərində keçiriləcək Bey­nəlxalq Polo Federasiyası və İtaliyanın Atçılıq İdmanı Federasiyası tərə­fin­dən birgə təşkil edilən Polo üzrə Avropa Çempionatı 20 sentyabr 2018-ci il tarixdə start götürəcək. Çempionatda 10 ölkə Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlan­diya, İtaliya və Azərbaycan yığma komandaları iştirak edəcəklər.

Polo üzrə Azərbaycan milli komandası ilk dəfə Avropa Çempionatının  iştirakçısı olacaq.

2015-ci ildə Bakı şəhərində keçi­rilmiş Arena Polo üzrə Avropa Çempionatında Azərbaycan millisinin  qələbəsi Avropanın aparıcı polo komanda­larını yığmamıza hör­mətlə yanaşmağa və Azərbaycan idman­çıları ilə görüşlərə ciddi hazır­laş­ma­ğa məcbur etmişdir.

20-30 sentyabr tarixlərində keçiriləcək çempionatda Azərbaycan aşağıda qeyd olunan tarixlərdə çıxış edəcək.

 

Azərbaycan - Niderland

20 sentyabr, 12.15

Azərbaycan - Fransa

22 sentyabr, 11.00

Azərbaycan - Slovakya

24 sentyabr, 12.15

Azərbaycan - İrlandiya

28 sentyabr, 11.00



http://www.europeanpolochampionship.com/schedule/