Polad Kuboku


Oktyabr ayının 28-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Polad Kuboku keçirildi. Yarış E , M* və S1* kateqoriyalari üzrə keçirilmişdir. E kateqoriyası üzrə 3cü yeri Sənan Məmmədov, 2ci yeri Barış Əlyarlı , 1ci yeri isə Dünyamalı Gurbanbəyov qazanmışdır. Qaliblərın hamısı “Sərhədçi” idman klubunun idmançilarıdılar. Günün ikinci yarısında M* kateqoriyasi üzrə yarışda 3cü yerə “Sərhədçi” klubun idmançısı Sənan Məmmədov , 2ci yerə “Buta Golden” klubun idmançısı Yahor Morotski , ilk pilləyə isə “Sərhədçi” klubun idmançısı Seyid Musayev yüksəlmişdir. Günün sonuncu S1* yarışında 3cü yeri “OMAR” klubun idmançısı Ələkbər Məmmədov, 2ci və 1ci yerləri isə “Sərhədçi” klubun idmançısı Seyid Musayev tutmuşdur. Turnirin ümumi mükafat fondu 5000 AZN təşkil edti.