Ölkəmizdə qədim atçılıq ənənəsinin
davam etdirilməsi, bu idman növünün əhatə dairəsinin daha da genişləndirilməsi
yönündə Atçılıq Federasiyası daim yüksək səylə irəliləməkdədir. Ölkə başçısı cənab
İlham Əliyevin tapşırıqlarına əsasən milli atçılıq sahəsinin inkişafı isə
xüsusi əhəmiyyət kəsb edir.
Məhz milli atçılığın
inkişafı naminə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşəbbüsü və təşkilatçılığı
ilə ilk dəfə olaraq Azərbaycanda yorğa atların Azərbaycan çempionatı keçiriləcək.
Respublikanın müxtəlif bölgələrindən
50-ə yaxın yorğa atı Binə Atçılıq Mərkəzi ərazisində yerləşən cıdır meydanında
öz güclərini sınayacaqlar.
Yarışlarda Azərbaycanın
müxtəlif regionlarında doğulan yerli yorğa atları iştirak edəcək.
Çempionatın ilk yarışı 5
müxtəlif kateqoriyada və məsafədə təşkil olunacaq.
Cıdır mövsümünün bağlanış gününə təsadüf edən yorğa
çempionatına atçılıq həvəskarları tərəfindən maraq olduqca yüksəkdir və
yarışları izləməyə çox sayda tamaşaçı gəlməsi gözlənilir.
Çempionatın qaliblərinə diplom, kubok və mükafatlar verilməsi
nəzərdə tutulmuşdur.
Tədbir 3 noyabr tarixində saat 09:00-dan etibarən keçiriləcəkdir.