Konkur üzrə Buta Golden kuboku turnirinin ikinci mərhələsi.


11 fevral 2018-ci il tarixdə Buta Golden kubokunun ikinci mərhələsi Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutub.  Komandalar arası keçirilən yarışda Sərhədçi, Elite Horse and Polo Club, Atçılıq məktəbi və Royal Riding komandaları iştirak edib. Hər komanda 4 nəfər idmançıdan ibarət olub.

 

E, M* və S* kateqoriyaları üzrə təşkil olunan oyunda  Buta Golden Kubokunu Sərhədçi Atçılıq klubunun idmançıları qazanıb. İkinci yer və bürünc medal isə Elite Horse and Polo Club tərəfindən qazanılıb. Royal Riding Klubu isə 3-cü yerdə qərarlaşıb.

 

Təkrar sıçrayışda fərdi mübarizə aparan idmançılardan Murad Klubunun  idmançısı Anar Hümbətov D’Amour ləqəbli atla 1-ci yerə, Sərhədçi Klubunun idmançısı Sənan Məmmədov Misir ləqəbli atla 2-ci yerə, Murad Klubunun idmançısı Kərim Abdullayev Clima ləqəbli atla 3-cü yerə yüksəlmişdir.

 

Beləliklə, 2 gün davam edən konkur üzrə Buta Golden Kuboku turnirinə yekun vurulmuşdur.

 

Turnirin ümumi mükafat fondu 5000 AZN təşkil edib.