Konkur üzrə Buta Golden kuboku.


10 fevral  2018-ci il tarixdə Binə Atçılıq Mərkəzinin qapalı manejində bu ilin ilk konkur yarışı keçirilib. Yarış E, M* və S* kateqoriyaları üzrə təşkil olunub. “Buta Golden” kuboku uğrunda mübarizədə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib.


    E kateqoriyası üzrə maneələrin hündürlüyü 80-85 sm olan yarışda 3-cü yeri “Sərhədçi” klubunun idmançısı Dünyamalı Qurbanbəyov David ləqəbli atla, 2-ci yeri Atçılıq məktəbinin idmançısı Ramil İbrahimov Light Limerick ləqəbli atla , 1-ci yeri isə Atçılıq məktəbinin idmançısı Səməd Əliverdiyev Tibet ləqəbli atla qazanmışdır.

 

M* kateqoriyası üzrə maneələrin hündürlüyü 120-125 sm olan yarışda 3-cü yerə “Buta Golden” klubunun idmançısı Yahor Morotski Astrello ləqəbli atla, 2-ci yerə “Sərhədçi” klubunun idmançısı Sənan Məmmədov Misir ləqəbli atla, ilk pilləyə isə “Murad” klubunun idmançısı Kərim Abdullayev Clima ləqəbli atla yüksəlmişdir.

 

Günün sonuncu S1* kateqoriyası üzrə maneələrin hündürlüyü 130-140 sm olan final yarışında 3-cü yeri Elite Horse and Polo Club'un idmançısı Elmar Abdullayev Cera 59 ləqəbli atla, 2-ci yeri “Murad” klubunun idmançısı Kərim Abdullayev  Clima ləqəbli atla, 1-ci yeri və Buta Golden Kubokunu isə “Sərhədçi” klubunun idmançısı Seyid Musayev Nabab De Belou ləqəbli atla qazanmışdır.

 

Qeyd edək ki, 11 fevral 2018-ci il tarixdə Buta Golden kubokunun ikinci mərhələsi komandalar arası keçiriləcək. Sərhədçi, Elite Horse and Polo Club, Atçılıq məktəbi və Royal Riding komandaları Buta Golden kuboku uğrunda mübarizə aparacaq.

 

Turnirin ümumi mükafat fondu 5000 AZN təşkil edir.