Cıdır Mövsümünün Açılışı


Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən 2017-ci ilin Cıdır Mövsümünə start verilmişdir. Hər il olduğu kimi bu dəfə də Aprel ayından başlayan mövsüm Oktyabr ayının ortalarınadək davam edəcəkdir. Ümumilkdə 14 Cıdır günü ərzində 3 müxtəlif kateqoriya – İngilis təmizqanlı, Ərəb təmizqanlı, Qarabağ və Dilbaz təmizqanlı atlar arasında keçiriləcək 59 qaçışın ümumi mükafat fondu 179 100 manat təşkil edir. Mövsüm ərzində hər 4 cins üzrə 100 – dək atın iştirakı gözlənilir. Bütün qaçışlar Binə Atçılıq Mərkəzi ərazisində yerləşən hippodromda təşkil olunacaqdır.

Mövsümün ilk günündə 3 yaş və yuxarı Ərəb atları 1000 metr, 3 yaş İngilis atları 1600 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1600 metr və 4 yaş və yuxarı İngilis atları 2000 metr məsafədə güclərini sınamışdır. Aşağıdakı link vasitəsilə nəticələrlə yaxından tanış ola bilərsiniz.