“ELITE HORSE & POLO CLUB” Arzu Kubokunun qalibi olub.


Azərbaycan Respublikası Atçılıq Federasiyası 11-12 yanvar 2019-cu il tarixdə atçılığın Konkur növü üzrə “Arzu Kuboku” turnirini keçirib. E, M* və S* kateqoriyaları üzrə təşkil olunan yarışda maneələrin hündürlüyü E kateqoriyası üzrə 80-85 sm, M* kateqoriyası üzrə 120-125 sm , S* kateqoriyası üzrə 135-140 sm olub.

 11 yanvar tarixdə baş tutmuş E kateqoriyası üzrə yarışda iştirak edən 14 idmançı arasından 3-cü yeri Emin Rzayev “Rodrigo” ləqəbli atla, 2-ci yeri Rəvan Əhmədov “Light Limerick” ləqəbli atla qazanmışdır. Hər iki idmançı Atçılıq məktəbi adından iştirak edirdi. 1-ci yerə isə “Elite Horse & Polo Club” un idmançısı Ramil İbrahimov “Walonka” ləqəbli atla layiq görülmüşdür.

 

M* kateqoriyası üzrə 3-cü yerə Gilan Atçılıq İdman klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla,  Omar Atçılıq İdman Klubunun idmançısı Ələkbər Məmmədov “Francesco” ləqəbli atla 2-ci yerə, “AFP S Chantal 261” ləqəbli atla isə ilk pilləyə yüksəlmişdir.

 

12 yanvar tarixdə keçirilmiş S* kateqoriyası üzrə yarışda isə 3-cü yeri Gilan Atçılıq İdman klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla,  2-ci yeri Sərhədçi Atçılıq İdman Klubunun idmançısı Seyid Musayev “Concorde” ləqəbli atla qazanmışdır.

“Elite Horse & Polo Club”un idmançısı Kənan Novruzov isə “Cera 59” ləqəbli atla 1-ci yerin və  Arzu Kubokunun qalibi adına layiq görülmüşdür.

              Yarışın ümumi mükafat fondu 5000 manatdır.