CSI2*-W Heydər Əliyev Kuboku 2017-ci il ərzində ilk beynəlxalq konkur yarışı olacaqdır


Azərbaycan Respublikası Atçılıq Federasiyası 2009-cu ildən etibarən Heydər Əliyev Kuboku yarışlarının keçirilməsinə start vermişdir. Hər il olduğu kimi bu yarış yenə də mövsümün ən yüksək səviyyəli beynəlxalq yarışı olacaqdır. 3 günlük möhtəşəm yarışlarda Azərbaycan, Türkiyə, Rusiya, İran, Almaniya və Lüksemburqu təmsil edən idmançılar və atlar iştirak edəcəkdir. Turnir yenicə istifadəyə verilən Buta Qold Atçılıq Klubunda keçiriləcəkdir. 2 və 3 İyun tarixlərində hər gün iki yarışın keçirilməsi planlaşdırılır. Hər günün ilk yarışı kiçik, ikinci yarışı isə böyük tur hesab ediləcəkdir. 4 İyun tarixində bütün idmançılar Heydər Əliyev Kuboku uğrunda mübarizə aparacaqdır. Turnirin ümumi mükafat fondu 78 800 manat təşkil edir. Yarışlara hər gün saat 17:00-da start veriləcəkdir.

 

Yarışın ilkin Əsasnaməsi ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olun

 

CSI2*-W Heydər ƏliyevKuboku 2017 – Təsdiqlənmiş Əsasnamə