15 dekabr 2023-cü il tarixdə Azərbaycan
Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə start götürən Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku”
turnirinin final oyunları baş tutub.
Günün ilk oyununda “Sərhədçi-Dilbaz”
komandası “Omar” komandasına 2-1 hesabı ilə qalib gələrək 3-cü yeri tutub. Final
oyununda isə “Polad” komandası “Sərhədçi-Qarabağ” komandasına 4-1 hesabı ilə
qalib gələrək kubokun sahibi oldu.
Tədbirin sonunda Azərbaycan Respublikası
Atçılıq Federasiyasının prezidenti cənab Elçin Quliyev, Azərbaycan
Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbov və Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədov qalibləri medal,
diplom və kubokla təltif ediblər.