2 və 5 dekabr 2024-cü il tarixlərdə Peşəkar Çövkən Liqasının sonuncu turun oyunları keçiriləcək. Hal-hazırda çempionluq uğrunda Sərhədçi və Polad komandaları arasında gərgin mübarizə davam edir. Turnirdə Köhlən-Polad və Embawood-Sərhədçi qarşılaşmalarının nəticələri çempionun kimliyini müəyyən edəcək. Hazırkı turnir cədvəlinə əsasən, Sərhədçi və Polad komandalarının xalları bərabərdir, bu da oyunlara əlavə gərginlik qatır.
Həmçinin həmin tarixlərdə Şirvan-Elit, Qarabağ-Omar və Ağstafa-Zəfər Çövkən komandalarının qarşılaşmaları baş tutacaq.
Turun oyunları Binə Atçılıq Mərkəzində 16:00-dan etibarən start götürəcək və izləyicilər üçün giriş pulsuzdur. Çövkən azarkeşləri üçün bu oyunlar mövsümün həlledici anı olacaq.