22 dekabr
tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə
keçirilən Çövkən Milli Atüstü oyunu üzrə “Prezident kuboku” turnirinin yarımfinal
mərhələsi baş tutub.
Yarımfinal
oyununda Sərhədçi, Polad, Omar və Buta Golden Çövkən
komandaları final üçün mübarizə aparıblar.
Yarımfinal
mərhələsinin birinci görüşündə turnirin ötənilki finalçıları “Sərhədçi” və
“Polad” komandaları üz-üzə gəlib. Görüş Sərhədçilərin böyük hesablı qələbəsi ilə başa çatıb - 6:2.
Günün ikinci oyununda isə “Omar” və
“Buta Golden” komandaları qarşılaşıb. Gərgin oyun şəraitində keçən görüş “Omar” komandasının 4:2
hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, 23 dekabr 2018-ci il tarixdə
keçiriləcək final oyununda üçüncülük uğrunda mübarizədə Polad komandası Buta
Golden komandasıyla qarşı-qarşıya gələcək. Sərhədçi və Omar komandaları
isə finalda “Prezident Kuboku” uğrunda mübarizə
aparacaqlar.