23 dekabr 2017-ci il tarixdə Binə
Atçılıq Mərkəzinin qapalı manejində Çövkən Milli Atüstü oyunu üzrə Prezident
Kuboku turnirinin yarımfinal
oyunu keçirildi. Saat
12:00-da Ağstafa Çövkən Komandası Polad ilə üz-üzə gəldi. Oyun Polad
komandasının xeyrinə 4-1 hesabı ilə başa çatdı.
Günün ikinci görüşündə isə Sərhədçi Ağcabədinin
Çövkən Komandasını qəbul etdi. Sərhədçi Ağcabədini 1-0 hesabı ilə məğlub etdi.
24 dekabr 2017-ci il tarixdə keçiriləcək
final oyununda 3-cülük uğrunda mübarizədə Ağcabədi Ağstafayla qarşı-qarşıya gələcək.
Sərhədçi və Polad komandaları isə final uğrunda mübarizədə üz-üzə gələcək.