Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turnirinin qrup üzrə son oyunları keçirilib.


14 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təçkilatçılığı ilə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turnirinin qrup üzrə son oyunları keçirilib.

Günün ilk oyununda A qrupu üzrə Murad Çövkən komandası ilə Sərhədçi Çövkən komandası üz-üzə gəlib. Sərhədçi Çövkən komandası 6-0 hesabı ilə Murad komandasını məğlub edib.

Günün ikinci oyunu B qrupundan Köhlən Çövkən komandası və Omar Çövkən komandası arasında baş tutubGörüş Omarın böyük hesablı 11-1 qələbəsi ilə başa çatıb.

Günün ikinci yarısında “A” qrupundan Ağstafa Çövkən komandası ilə Buta Golden Çövkən komandası üz-üzə gəlib. Gərgin mübarizənin qalibi 5-2 hesabı ilə Buta Golden komandası olub.

Günün qrup üzrə son oyunu  “B” qrupundan Polad Çövkən komandası ilə Qarabağ Çövkən komandası arasında baş tutub. Polad 2-0 hesabı ilə Qarabağ komandasını məğlub edib.

Qeyd edək ki, 22 dekabr tarixdə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunun yarımfinal görüşündə “A” qrupu üzrə ən çox xal toplayan Sərhədçi komandası “B” qrupunun 2-cisi Polad komandası ilə, “B” qrupu üzrə 1-ci olan Omar komandası isə “A” qrupunun 2-cisi Buta Golden komandası ilə görüşəcək. 23 dekabr tarixində isə üçüncülük və final uğrunda mübarizə baş tutacaq.

Aşağıdakı linkə daxil olaraq qrup üzrə nəticələrlə tanış ola bilərsiniz.


http://araf.az/pdf/Krup2oyun_Nxeticeleri.pdf