Azərbaycan Respublikası Atçılıq
Federasiyasının təşkilatçılığı ilə 11, 13-14, 22 və 23 dekabr 2018-ci il tarixlərdə
Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turniri keçiriləcək.
Atüstü milli oyunlarımızın qorunub
saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə
atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi
ilə artıq yeddinci ildir ki, Prezident Kuboku uğrunda Çövkən Milli oyunu üzrə
turnir keçirilir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağ
atı ilə oynanan Çövkən Milli Atüstü Oyunu UNESCO-nun qeyri-maddi mədəni irs
siyahısına daxil edilmişdir.
Bu gün, 05 dekabr 2018-ci il tarixdə Çövkən
Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turnirinin püşkatma mərasimi keçirilib.
Püşkatmada “Sərhədçi”, “Polad”, “Köhlən”,
“Murad”, “Buta Golden” ,“Omar” “Ağstafa” və “Qarabağ” çövkən komandalarının
üzvləri iştirak edib.
Təşkilat Komitəsi tərəfindən Çövkən Milli
Atüstü oyunu haqqında Əsasnamədə edilmiş yeniliklər və dəyişiklər barədə
komanda üzvlərinə ətraflı məlumat verilib.
Sonda isə püşk atılıb və komandalar rəqiblərini
tanıyıb.
Aşağıdakı linkə daxil
olaraq püşkatmanın nəticələri ilə tanış ola bilərsiniz.