24 dekabr 2017-ci il tarixdə Binə
Atçılıq Mərkəzinin qapalı manejində Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku turnirinin final
oyunu keçirildi. Saat
12:00-da Ağstafa Çövkən Komandası Ağcabədi ilə 3-cülük uğrunda mübarizə apardı.
Oyun Ağcabədi komandasının xeyrinə 4-1 hesabı ilə başa çatdı. Beləliklə Ağcabədi
Komandası Çövkən Milli Atüstü oyunu üzrə Prezident
Kuboku turnirinin 3-cüsü oldu.
Final görüşündə isə Sərhədçi Polad Çövkən
Komandasını qəbul etdi. Sərhədçi Poladı 2-1 hesabı ilə məğlub edərək, 2017-ci ilin ən güclü çövkən yığması və
Prezident Kubokunun qalibi adını qazandı. Polad Çövkən Komandası isə
2-ci yerdə qərarlaşdı.