Azərbaycan Respublikası
Atçılıq Federasiyasının təşkilatçılığı ilə 15-24 dekabr tarixlərində Binə Atçılıq
Mərkəzinin qapalı manejində çövkən milli atüstü oyunu üzrə növbəti Prezident Kuboku
turniri keçiriləcəkdir.
Turnirdə Ağstafa və
Ağcabədi rayonlarını təmsil edən klublarla yanaşı Bakıdan da 6 komanda iştirak
edəcək.
Ümumilikdə 8 komandanın
qatılacağı yarışlarda 2 qrupda heyətlər güclərini sınayacaq.
Belə ki, 15, 17 ve 19
dekabr tarixlərində qrup oyunları, 21 dekabrda yarımfinal və 23 dekabr tarixində
isə turnirin finalı keçiriləcək. Qrup oyunlarının nəticələrinə əsasən hər iki
qrupu 1 ve 2-ci yerlərdə bitirən komandalar yarımfinala yüksələcək. Bütün oyun
günləri yarışlara saat 10:00-da start veriləcək.
Turnirin püşkatması ve
mətbuat konfransı 14 dekabr 2023-cü il tarixdə saat 12:00-da Sərhədçi İdman
Olimpiya mərkəzində keçiriləcək.