Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku Turniri


Azərbaycan Respublikası Atçılıq Federasiyası və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə 17-23 Dekabr 2017-ci il tarixdə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turniri keçiriləcəkdir. Azərbaycanın müxtəlif regionlarını təmsil edən 13 komandanın iştirak edəcəyi turnirin ilk təsnifat mərhələsi 17-20 Dekabr 2017-ci il tarixdə Şəki rayonunda yerləşən Respublika Atçılıq Turizm Mərkəzində baş tutacaqdır. İlkin təsnifat mərhələsinin nəticələrinə əsasənən güclü 4 komanda final mərhələsində iştirak etmək məqsədilə Bakıya yollanacaqdır. Turnirin final mərhələsi Bakı şəhərində yerləşən Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcəkdir. 22 Dekabr tarixdə yarım final oyunları, 23 Dekabrda isə 3-cülük uğrunda mübarizə və Final oyunları təşkil olunacaqdır. Ən güclü komanda 2017-ci ilin ən güclü çövkən yığması və Prezident kubokunun qalibi hesab ediləcəkdir. Kubokun ümum imükafat fondu 50 000 manat təşkil edəcəkdir.