7 iyun 2018-ci il tarixdə Heydər
Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının
təçkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik
yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı çərçivəsində Bakı Dövlət
Cıdır meydanında Çövkən Milli Atüstü oyunu üzrə “100 illik Yubiley Kuboku” turnirinin
yarımfinal oyunu keçirilib. Yarımfinal oyununda Sərhədçi, Omar, Buta Golden və
Polad Çövkən komandaları final üçün mübarizə aparıblar.
Saat 11:00-da Omar Çövkən
Komandası Polad ilə üz-üzə gəlib. Komandalar arasında gərgin gedən mübarizə
Omar komandasının xeyrinə 2-1 hesabı ilə başa çatıb. Qeyd edək ki, Polad
komandasının kapitanı Vüqar Seyidov oyun zamanı qırmızı kart alaraq oyundan
kənarlaşdırılmış və komanda 4 idmançıyla oyununa davam etmişdir.
Günün ikinci görüşündə isə
Sərhədçi Buta Golden Çövkən Komandasını qəbul edib. Komandalar arasında gedən
həyəcan dolu mübarizənin qalibi 5-2 hesabı ilə Sərhədçi komandası olub.
Beləliklə, 9 iyun 2018-ci il
tarixdə keçiriləcək final oyununda üçüncülük uğrunda mübarizədə Polad komandası
Buta Golden komandasıyla qarşı-qarşıya
gələcək. Sərhədçi və Omar komandaları isə finalda “100 illik Yubiley
kuboku” uğrunda mübarizə aparacaqlar.