Çövkən Milli Atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinin ¼ final oyunu keçirilib.


Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təçkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr  olunmuş Milli Atçılıq Festivalı çərçivəsində 6 iyun 2018-ci il tarixdə Çövkən Milli Atüstü oyunu üzrə “100 illik Yubiley Kuboku” turnirin ən vacib məqamı olan 1/4 final oyunu keçirilib.

  Günün ilk oyununda Ağstafa Çövkən komandası Omar Çövkən komandasıyla mübarizə aparıb. Omar komandası Ağstafa komandasını  2-0 hesabı ilə məğlub edib.

Günün ikinci oyununda isə Buta Golden Çövkən komandası Ağcabədi Çövkən komandasını qarşılayıb. Komandalar arasında gedən gərgin mübarizə 2-1 hesabı ilə Buta Golden komandasınn xeyrinə başa çatdı.

Beləliklə, 7 iyun 2018-ci il tarixdə keçiriləcək yarımfinal oyununda final üçün mübarizə aparacaq komandalar müəyyən olundu. 7 iyun 2018-ci il  tarixdə saat 11:00-da Polad Çövkən Komandası Omar Çövkən komandası ilə üz-üzə gələcək. Günün ikinci görüşündə isə Sərhədçi Çövkən komandası Buta Golden Çövkən Komandasını qəbul edəcək. Hər iki oyun Bakı Dövlət Cıdır meydanında  keçiriləcək. Turnirin ümumi mükafat fondu 50000 manatdır.