Polo,
birlikdə oynayan kişi və qadına qarşı heç bir qaydası olmayan unikal bir idman
növüdür.
·
Bütün
oyunçular çubuğu sağ əldə tutaraq oynayırlar: çubuğu sol əldə saxlamaq
qeyri-qanunidir. Buna görə də, Əlahəzrət Kembric Hersoqu kimi solaxay
oynayanlar sağ əl ilə oynamağı öyrənməlidirlər.
·
Hər
qoldan sonra, iki komanda da rəqibin hədəfi qarşısında yarım xəttin üstündə
dayanır və hakimlərdən biri topu komandaların ortasına atır və hər bir oyunçu
topa sahib olmağa cəhd edir. Atışlar hər çukanın başında (əvvəlki çukada topun
sonuncu mövqesindən) baş verə bilər, ya da hər iki hakim penaltının nəticəsində
qərar verə (nadir hallarda) bilmədikdə.
·
Polo
oyunçuları handikap sistemi ile dərəcələndirilir, yeni başlayanlar -2 handikapı
ile başlayır və dünyanın ən yaxşı 10 qol dərəcəsinə çata bilirlər.
·
Polo
çubuğu ənənəvi olaraq bambukdan hazırlanır, başlığı isə Tipa adlı odundan
hazırlanır. Çubuqlar müxtəlif uzunluqda, ağırlıqda və elastiklikdə olur və
oyunçular özlərinə uyğun çubuğu seçə bilərlər. Professional oyunçu üçün ümumi
seçim 52 və ya 53 düym (1 düym 25,4 mm-ə və ya 2,54 sm-ə bərabərdir)
uzunluğunda olur.
·
Hər
bir oyunçu yarışa 5 və ya daha çox atla gəlir. Bir çox oyunçu oyunlarının
80%-ni atlarına borcludur. Dünyanın ən yaxşı oyunçularına qarşı rəqabət aparmaq
üçün, onlarda olduğu kimi atlar eyni kalibrdə olmalıdır.
·
Matçlarda
4 Çuka olur. Hər bir çuka 7 dəqiqə davam edir əlavə vaxt 30 saniyə olur.
·
Polonun
ən vacib elementlərindən ikisi topun xətti və düzgün izlənmə yoludur. Topa
vurulduğunda, avtomatik olaraq getdiyi istiqamətdə bir "xətt" meydana
gətirir. Bir oyunçu topun xəttini izləyirsə, o düzgün istiqamətdədir və başqa
bir oyunçu xətti kəssə bu faul hesab olunur. İki oyunçu topa xəttin fərqli bucaqlarından
yaxınlaşdıqda, kiçik bucaqdan topun xəttinə yaxınlaşan oyunçu üstünlük hüququna
malikdir.
·
Qar
polosunda hər komandada 4 oyunçu olur.
1-
ən
çox hücum edən və qol vuran oyunçu. 4 nömrəli oyunçuya qarşı oynayır.
2-
Orta
hücumçu. 3 nömrəli oyunçuya qarşı oynayır.
3-
Orta
müdafiəçi. 2 nömrəli oyunçuya qarşı çıxır.
4-
Ən
çox müdafiəyə qalxan oyunçu. 1 nömrəyə qarşı oynayır.
·
Hər
polo oyunu iki hakim tərəfindən izlənilir. Düzgün cəzanı vermək üçün hər iki hakim
hər bir faul üzrə razılığa gəlməlidir. Əgər razılığa gələ bilməsələr, kənarda vəzifələndirilmiş "üçüncü bir adam"a müraciət edəcəklər.
·
Ən
geniş yayılmış müdafiə oyunlarından biri hukinqdir, bir oyunçu öz çubuğunu
istifadə edərək rəqibin qolunun qarşısını ala bilər. Oyunçu yalnız qol vurulan
tərəfdə və ya birbaşa rəqibinin arxasında olanda hukinq edə bilər.
·
İlk
polo oyununun eradan əvvəl 600-cü ildə olduğu düşünülür. İdman növü ilk növbədə
süvari məşqi kimi təqdim olundu. Təəcüblüdür ki, o vaxtdan bəri oyunda çox az dəyişikliklər
olub.
·
Polo
yalnız at üzərində oynanmır. 1982-ci ildə A.V.Jim Edward tərəfindən Dünya Fil
Assosasiyası yaradıldı. Dəvə, sığır və uzunqulaq poloları da mövcuddur.
·
Zəng
çalınandan sonra hər çuka 7 dəqiqə çəkir. Oyunun digər 30 saniyəsi topun sahənin
kənarlarını əhatə edən lövhələrə dəyib-dəymədiyini,
qol və ya faul olub-olmadığını müəyyən etmək üçün verilir.
·
Hakimlərdən
biri hansısa komandanın faul etdiyini düşündüyündə fitini çalır. Oyunun yenidən
başlamasına qədər saat dayandırılır.
·
Çöl
Polosundan fərqli olaraq, Sankt-Moritzdə hər oyunun başlanğıcında püşkatma olur
və qalib olan komandanın başlanğıc istiqamətini seçmək hüququ var, bundan sonra
komandalar adətən hər çukanın sonunda istiqaməti dəyişir. Buna səbəb ədalətliliyi
artırmaq və külək kimi ekoloji faktorların təsirini azaltmaqdır.
·
Polo
oyunu çempionu Cənab Winston Churchill bir zamanlar demişdir: "Polo
handikapı dünya üçün bir pasportdur". Churchill'in idmana olan sevgisi
1890-cı illərin sonlarında Hindistanda xidmət edərkən başlamışdır – 52 yaşına
kimi oynamağa davam etmişdir.
Penaltılar:
1.
Nadir
hallarda verilən penaltı: hücumçu komandaya 15 yardlıq (1 yard = 0.9144 m) məsafədən
avtomatik qolun verilməsidir.
2.
Əgər
faul bir oyunçunun qola getməsinə mane olarsa, hakim 30 yard uzaqlıqdakı məsafədən
penaltı verir. Müdafiəçi bu penaltının qarşısını ala bilməz.
3.
40
yard məsafədən olan penaltı. Müdafiə oyunçuları top atılan tərəfdən qaça və topu
dayandırmağa çalışa bilər
4.
60
yard məsafədən olan penaltı. Penaltı atan oyunçu topa yalnız bir atış etməlidir.
Rəqib oyunçu topu müdafiə edə bilər amma topdan ən az 30 yard məsafədə
olmalıdır.
5a. Foul olan nöqtədən penaltı. Rəqib oyunçular
topdan ən az 30 yard məsafədə olmalıdır.
5b. Sahənin mərkəzindən sərbəst atış. Rəqib oyunçular
topdan ən az 30 yard məsafədə olmalıdır.