Binə Atçılıq Mərkəzi Azərbaycan Respublikasında ilk dəfə təşkil
olunan yorğa yarışlarına ev sahibliyi edib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı
və təşəbbüsü ilə təşkil olunan "Yorğa Atların Azərbaycan
Çempionatı" saat 13:00-dan etibarən başlamışdır.
Yarışlarda paytaxtdan və digər bölgələrdən 50
- ə yaxın yorğa atlar iştirak edir.
6 yaş və yuxarı Yorğa atların 1600 metr məsafəyə qaçışı
ilə başlayan ilk yarış Sabirabaddan yarışa qatılan, sahibi Nuriyev Rəhman
olan "Şimşək" ləqəbli at olmuşdur.
İkinci qaçış 3 və 4 yaş yorğalar arasında 1600
metr məsafəyə qaçış ilə davam edib. Bu qaçışın qalibi yarışa Gəncədən qatılan,
sahibi Məmmədov Cavid olan "Qəmlo" ləqəbli
at olmuşdur.
Üçüncü qaçışda 9 baş yorğa at öz gücünü sınayıb. Bu qaçışda isə,
qalib çempionata Gəncədən qatılan, sahibi Həsənov Müzadil
olan "Şəbdiz" ləqəbli at olmuşdur.
Dördüncü qaçış 6 yaş və yuxarı yorğalar arasında
2400 metr məsafədə baş tutub. Qaçışın nəticəsinə görə
birinci yerin sahibi yarışa Gəncədən qatılan,
sahibi Əliyev Müşfiq olan "Kabus" ləqəbli
at olmuşdur.
Beşinci qaçış 7 yaş və yuxarı Yorğa atların
3200 metr məsafəyə qaçışı ilə davam etmişdir. Bu yarışın nəticəsində
qalib çempionata Gəncədən qatılan, sahibi Əliyev Samir olan
"Sapsan" ləqəbli at olmuşdur.
Nəhayət "Yorğa Atların Azərbaycan Çempionatı"nın
son qaçışı 7 yaş və yuxarı yorğa axta atların 3200 metr məsafəyə qaçışı
ilə yekunlaşıb. Bu yarışda qalib yarışa Laçından qatılan, sahibi Ələkbərli Xətai
olan "Qarabağ əsəri " ləqəbli at olmuşdur.
Yarışın qaliblərinə Azərbaycan
Respublikası Atçılıq Federasiyasının prezidenti cənab
Elçin Quliyev və Federasiyasın vitse-prezidenti Elşad Abbasov tərəfindən diplomlar
və kuboklar təqdim edilmişdir.
6 qaçışdan təşkil olunan Yorğa çempionatının ümumi mükafat fondu 7700 manat təşkil
etmişdir.
Yorğa atların ilk rəsmi çempionatı olmasına
baxmayaraq, yarışları izləməyə çox sayda tamaşaçı gəlmişdir. Artıq Azərbaycan
Respublikası Atçılıq Federasiyasının prioritet məsələləri sırasına
daxil edilən yorğa atlar üzrə yarışlar növbəti
illərdən daha geniş miqyasda təşkil olunacaqdır.