Bakı Çempionatı turnirinin ilk mərhələsi keçirilib.


13  aprel 2018-ci il tarixində Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə Bakı Çempionatı turnirinin ilk mərhələsi  keçirilib.  M* kateqoriyası üzrə təşkil olunan yarışda maneələrin hündürlüyü 120-125 sm təşkil edib.

14 idmançının iştirak etdiyi yarışda 3-cü yerə  Omar klubunun idmançısı Ələkbər Məmmədov Francessco ləqəbli atla, 2-ci yerə  Buta Golden klubunun idmançısı Yahor Morotski Astrello ləqəbli atla,  ilk pilləyə isə  Sərhədçi klubunun idmançısı Sənan Məmmədov David ləqəbli atla yüksəlmişdir.

 

Qeyd edək ki, Bakı Çempionatı turnirinin ikinci mərhələsi 14 aprel 2018-ci il tarixdə saat 11.00-da Binə Atçılıq Mərkəzinin açıq manejində keçiriləcək.