Bakı Çempionatı turniri.


13-14 aprel 2018-ci il tarixlərdə Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə Bakı Çempionatı turniri keçiriləcək.

M* və S* kateqoriyaları üzrə təşkil olunacaq turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının idmançıları iştirak edəcək.  Turnir iki gün keçiriləcək. Turnirin ilk günü  M* kateqoriyası üzrə təşkil olunacaq.   M* kateqoriyası üzrə yarışda hər yaş qrupundan olan idmançılar iştirak edəcək. Bu yarışda ən hündür maneə 125 sm olaraq nəzərdə tutulmuşdur. Yarış yerli hakimlər kollegiyası tərəfindən idarə olunacaq. 

Qeyd edək ki, yarış saat 12.00-da başlayacaq.