Azərbaycan Respublikası Atçılıq Federasiyası növbəti Cıdır yarışını keçirəcək.


21 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində yerləşən hippodromda növbəti Cıdır yarışını keçirəcək.

Yarışda  3 yaş və yuxarı Ərəb atları 1600 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1800 metr, 3 yaş və yuxarı İngilis atları isə 1600 metr məsafədə güclərini sınayacaq.

Qeyd edək ki, 3 qaçışdan ibarət olan yarış Handikap sistemi üzrə keçiriləcək. Yarış saat 12.00-da başlayacaq.