Azərbaycan Respublikası Atçılıq Federasiyası ilin ilk konkur yarışını keçirdi.


30 aprel – 1 may 2021-ci il tarixlərdə Novxanıda yerləşən “Sərhədçi Atçılıq Klubu”-nun açıq manejində cari ilin ilk konkur yarışları keçirilib.

 

“E”, “L” və “M**” kateqoriyaları üzrə təşkil olunan “Sərhədçi” kuboku turnirində Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib.

 

İlk yarış 30 aprel tarixində saat 12:00-dan etibarən başlamışdır. “E” kateqoriyası üzrə 80 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 16 idmançının iştirak etdiyi mübarizədə “Elit Atçılıq Klubu-nin idmançı, Ramil Ibrahimov “Cera” ləqəbli atla 1-ci, “Sərhədçi Atçılıq klubu-nun idmançısı Azad Şükürov Zirvə” ləqəbli atla 2-ci yerin sahibi olub. “Murad Atçılığ klubu-nun idmançı Sona Məmmədova “Elano C” ləqəbli atla 3-cü, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin idmançısı Emin Rzayev “Light Limerick” ləqəbli atla 4-cü yerin sahibi olub.

 

Günün 2-ci yarışı saat 14:00-dan etibarən başlayıb. “L” kateqoriyası üzrə hündürlüyü 120sm olan yarışda 21 idmançı iştirak edib. Nəticədə “Gilan Atçılıq Klubu”-nun idmançısı Rahib Ismayilov “Carthanio” ləqəbli atla 1-ci yerin sahibi olub. 2-ci yerdə “Gilas” ləqəbli atla “Sərhəd Atçılıq Klubu”-nun idmançısı Seyid Musayev qərarlaşıb. “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”-nun idmançısı Ələkbər Məmmədov “Aks-Klitis” ləqəbli atla 3-cü yerin sahibi olub.4-cü yerdə “Elit Atçılıq Klubu”-nun idmaçısı Rəşad Səmədov “Zirvə” ləqəbli atla qərarlaşıb.

 

Nəhayət, 1 may  tarixində saat 12:30-dan etibarən üçüncü və turnirin son yarışına start verilib. “M**” kateqoriyalı 125-130 sm hündürlükdə yerləşdirilmiş maneələrdən ibarət yarışda 9 at iştirak edib. “Sərhədçi Atçılıq Klubu”-nun idmançısı Seyid Musayev Gilas” ləqəbli atla öz rəqiblərinə qalib gələrək 1-ci yerin və “Sərhəçi” kubokunun sahibi olub. “Gilan Atçılıq Klubu-nun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla 2-ci, “Elit Atçılıq Klubu”-nun idmançısı Rəşad Səmədov isə “Zirvə” ləqəbli atla 3-cü yerdə qərarlaşıblar.

4-cü yerə “Elit Atçılıq Klubu”-nun idmançısı Rəşad Səmədov ikinci atı olan “Damla” ləqəbli atla sahib olub.