Azərbaycan Respublikası Atçılıq Federasiyası Dahi Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunacaq atçılığın konkur növü üzrə “Heydər Əliyev Kuboku” turnirinə start verəcək.


Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Atçılıq Federasiyası Azərbaycan Xalq Cüm­huriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə 2 iyun 2018-ci il tarixdə Milli Atçılıq Festi­va­lına start verib. Artıq Festival çəçivəsində bir neçə turnir baş tutub.

Bugün, 08.06.2018-ci il tarixdə Dahi Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunacaq atçılığın konkur növü üzrə “Heydər Əliyev Kuboku” turniri start götürəcək.

Turnir 2 kateqoriya üzrə keçiriləcək. İlk kateqoriyada maneələrin hün­dürlüyü 125 sm, ikinci kateqoriyada isə 145 sm olacağı nəzərdə tutulub.

Turnir Elite Horse & Polo Club-un yaşıl arenasında  saat 18:00-da başlayacaq. Turnirin ümumi  mükafat fondu 34 000 manat təşkil edir.