Azərbaycan Respublikası Atçılıq Federasiyası Cıdır yarışı keçirib.


8 sentyabr  2018-ci il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində yerləşən hippodromda Cıdır yarışı keçirib.

4 qaçışdan ibarət cıdırda 3 yaş İngilis atları 1400 metr məsafədə meyden, 3 yaş Qarabağ və Dilbaz atları 1600 metr məsafədə qrup üzrə “Qızıl Tac” kuboku, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 2400 metr məsafədə qrup üzrə ARAF kuboku uğrunda, 2 yaş İngilis atları isə  1600 metr məsafədə handikap sistemi üzrə güclərini sınayıb.

3 yaş İngilis atlarının  qaçışında  jokey Rüstəmov Yusif “Dül-Dül” ləqəbli atla 3-cü yerin (1:31.366), jokey Nəzərov Hilal “Mavritaniya” ləqəbli atla 2-ci yerin (1:30.015), jokey Əliyev Azər “Prince” ləqəbli atla 1-ci yerin (1:27.504) sahibi olmuşdur.

 

3 yaş Qarabağ və Dilbaz atlarının qaçışında  jokey Məcidov Azər “Dubay” ləqəbli atla 4-cü yerin (2:33.281), jokey Nəzərov Vüsal “Yalçın Qız” ləqəbli atla 3-cü yerin (2:02.271), jokey Əliyev Azər “Laləzar” ləqəbli atla 2-ci yerin (1:59.987), jokey Nəzərov Hilal “Zirvə” ləqəbli atla 1-ci yerin (1:58.309)  və “Qızıl Tac” kubokunun sahibi olmuşdur.

 

4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının qaçışında jokey Tahirov Rauf “Qaradaq” ləqəbli atla 4-cü yerin (3:04.722), jokey Məcidov Azər “Qalxan” ləqəbli atla 3 -cü yerin (3:04.003), jokey Azayev Səxavət “Qoşqar” ləqəbli atla 2-ci yerin (3:02.791), jokey Nəzərov Hilal isə “Dağlar” ləqəbli atla 1-ci yerin (2:58.865)  və “ARAF” kubokunun sahibi olmuşdur.

 

2 yaş İngilis atlarının yarışında jokey Məcidov Azər “Quida” ləqəbli atla 3-cü yeri (1:49.309), jokey Rüstəmov Yusif  “Matilda” ləqəbli atla 2-ci yeri (1:46.449), jokey Nəzərov Hilal “Mismambo” ləqəbli atla 1-ci yeri (1:46.375) qazanmışdır.