Azərbaycan Respublikası Atçılıq Federasiyası Cıdır yarışı keçirib.


28 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyası Cıdır yarışı keçirib.

2 qaçışdan ibarət cıdırda 3 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1000 metr məsafədə kriterium, 3 yaş və yuxarı İngilis atları isə 2000 metr məsafədə handikap sistemi üzrə güclərini sınayıb.

3 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının yarışında jokey Əliyev Azər “Laləzar” ləqəbli atla 1-ci yerə, jokey Hacıyev Orxanbəy “Qoşqar” ləqəbli atla 2-ci yerə, jokey Tahirov Rauf “Qaradaq” ləqəbli atla 3-cü yerə çıxmışdır.

3 yaş və yuxarı İngilis atlarının yarışında isə jokey Əliyev Azər “Butsefal” ləqəbli atla 1-ci yerin, jokey Tahirov Rauf “Şəfəqim” ləqəbli atla 2-ci yerin, jokey Hacıyev Orxanbəy “Majestic Warrior” ləqəbli atla 3-cü yerin sahibi olmuşdur.