Azərbaycan Respublikası Atçılıq Federasiyası Cıdır yarışı keçirəcək.


Azərbaycan Respublikası Atçılıq Federasiyası 22 sentyabr 2018-ci il tarixdə Cıdır yarışı keçirəcək.

3 qaçışdan ibarət cıdırda 2 yaş və yuxarı İngilis atları 1000 metr məsafədə kriterium, 3 yaş Qarabağ və Dilbaz atları 1800 metr məsafədə meyden, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1600 metr məsafədə handikap sistemi üzrə güclərini sınayacaqlar.

Cıdır saat 10.00-da başlayacaq.