Azərbaycan Respublikası Atçılıq Federasiyası 5 may 2018-ci il tarixində Cıdır yarışı keçirib.


Azərbaycan Respublikası Atçılıq Federasiyası 5 may 2018-ci il tarixində Binə Atçılıq Mərkəzində yerləşən hippodromda Cıdır yarışı keçirib.

5 qaçışdan ibarət cıdırda 3 yaş Qarabağ və Dilbaz atları 1400 metr məsafədə qrup üzrə, 3 yaş İngilis atları 1600 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1600 metr, 3 yaş və yuxarı Ərəb atları 1800 metr, 4 yaş və yuxarı İngilis atları isə 2000 metr məsafədə Handikap sistemi üzrə güclərini sınayıb.

3 yaşlı Qarabağ və Dilbaz atlarının yarışında jokey Nəzərov Hilal “Zirvə” ləqəbli atla 1-ci yerə, jokey Nəzərov Vüsal “Yalçın qız” ləqəbli atla 2-ci yerə, jokey Hacıyev Orxanbəy “Laləzar” ləqəbli atla 3-cü yerə çıxmışdır.

3 yaşlı İngilis atlarının yarışında jokey Hacıyev Orxanbəy “Bahr” ləqəbli atla 1-ci yeri, jokey Nəzərov Hilal “Mavritaniya” ləqəbli atla 2-ci yerə, jokey Tahirov Rauf “Atilla” ləqəbli atla 3-cü yeri qazanmışdır.

4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının yarışında jokey Tahirov Rauf “Qaradaq” ləqəbli atla 1-ci yeri, jokey Tahirov Zaur “Qalxan” ləqəbli atla 2-ci yeri, jokey Əliyev Azər “Kaktus” ləqəbli atla 3-cü yeri qazanmışdır.

3 yaş və yuxarı Ərəb atlarının yarışında jokey Nəzərov Hilal “Renessans-tersk” ləqəbli atla 1-ci yerə, jokey Əliyev Azər “Asuan” ləqəbli atla 2-ci yerə, jokey Nəzərov Vüsal “Zulcənah” ləqəbli atla 3-cü yerə yüksəlmişdir.

4 yaş və yuxarı İngilis atlarının yarışında isə jokey Hacıyev Orxanbəy “Majestic  Warrior” ləqəbli atla 1-ci yerin, jokey Əliyev Azər “Cherry Grace” ləqəbli atla 2-yerin, jokey Tahirov  Rauf isə “İzolda” ləqəbli atla 3-cü yerin sahibi olmuşdur.