Azərbaycan Respublikası Atçılıq Federasiyası 2018-ci ilin Cıdır mövsümünə start verib.


Azərbaycan Respublikası Atçılıq Federasiyası 2018-ci ilin Cıdır mövsümünə start verib. Hər il olduğu kimi bu il də aprel ayından başlayan mövsüm oktyabr ayının ortalarınadək davam edəcək. Ümumilkdə 15 Cıdır günü ərzində 3 müxtəlif kateqoriya – İngilis təmizqanlı, Ərəb təmizqanlı, Qarabağ və Dilbaz atları arasında 61 qaçışın keçirilməsi nəzərdə tutulur.

Mövsüm ərzində hər 4 cins üzrə 100 – dək atın iştirakı gözlənilir. Bütün qaçışlar Binə Atçılıq Mərkəzi ərazisində yerləşən hippodromda təşkil olunacaq.

Qeyd edək ki, mövsümün ilk cıdır yarışı 7 Aprel tarixində keçirələcək.  Mövsümün ilk günündə 3 yaş və yuxarı Ərəb atları 1000 metr, 3 yaş İngilis atları 1600 metr, 3 yaş Qarabağ və Dilbaz atları 1000 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1600 metr, 4 yaş və yuxarı İngilis atları isə 2000 metr məsafədə güclərini sınayacaq.