Azərbaycan Respublikası Atçılıq Federasiyası 20 oktyabr 2018-ci il tarixdə mövsümün son Cıdır yarışını keçirmişdir.


Azərbaycan Respublikası Atçılıq Federasiyası 20 oktyabr 2018-ci il tarixdə mövsümün son Cıdır yarışını keçirmişdir.

3 qaçışdan ibarət cıdırda 3 yaş İngilis atları 2000metr məsafədə, 4 yaş İngilis atları 2400 metr məsafədə, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları isə 2800 metr məsafədə qrup üzrə güclərini sınayıb.

3 yaş İngilis atlarının  qaçışında  jokey Əliyev Azər “Prince” ləqəbli atla 3-cü yerin (2:13.434), jokey Rüstəmov Yusif “Atilla” ləqəbli atla 2-ci yerin (2:13.072), jokey Nəzərov Hilal isə “Mavritaniya” ləqəbli atla 1-ci yerin (2:12.786) sahibi olmuşdur.

 

4 yaş İngilis atlarının yarışında jokey Azayev Səxavət  “Royal Miraj” ləqəbli atla 3-cü yerin(2:39.700), jokey Tahirov  Rauf “Şəfəqim” ləqəbli atla 2-ci yerin (2:37.682), jokey Əliyev Azər isə “Butsefal” ləqəbli atla 1-ci yerin (2:36.521) sahibi olmuşdur.

 

4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının qaçışında jokey Tahirov Rauf “Qaradaq” ləqəbli atla 3 -cü yerin (3:45.783), jokey Tahirov Zaur “Qalxan” ləqəbli atla 2-ci yerin (3:45.557), jokey Nəzərov Hilal isə “Dağlar” ləqəbli atla 1-ci yerin (3:45.304)  sahibi olmuşdur.