Azərbaycan Respublikası Atçılıq Federasiyası 16 iyun 2018-ci il tarixində Cıdır yarışı keçirəcək


Azərbaycan Respublikası Atçılıq Federasiyası 16 iyun 2018-ci il tarixində Binə Atçılıq Mərkəzində yerləşən hippodromda Cıdır yarışı keçirəcək.

5 qaçışdan ibarət cıdırda 2 yaş İngilis atları 800 metr məsəfadə meyden sistemi üzrə, 3 yaş və yuxarı Ərəb atları 1400 metr, 3 yaş Qarabağ və Dilbaz atları 1800 metr, 3 yaş İngilis atları 2000 metr,  4 yaş və yuxarı Qarabağ və Dilbaz atları isə 2000 metr məsafədə handikap sistemi üzrə güclərini sınayacaq.

Cıdır saat 11.00-da başlayacaq.