3-6 oktyabr tarixlərində
artıq 4-cü dəfə ənənəvi olaraq İstanbulda təşkil olunan Etnospor Mədəniyyət
Festivalına yekun vurulub.
16 ölkənin
qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı
ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı 50 nəfərlik heyət
ilə təmsil edib. 4 gün ərzində tədbirləri Türkiyənin müxtəlif bölgələri ilə
yanaşı dünyanın bir sıra ölkələrindən gəlmiş ümumilikdə 1 milyondan artıq insan
izləyib.
Azərbaycan
Respublikasınln Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti və ali dəstəyi
sayəsində qorunub saxlanılan və ardıcıl surətdə inkişaf etdirilən Qarabağ
atlarının bu tədbirdə iştirakı xüsusilə əlamətdar olmuşdur.
“Bir millət, iki dövlət” şüarı altında təqdim
olunan “Azərbaycan kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya Azərbaycan
kəlağayısının ecazkar gözəlliyini, milli-mədəni sərvətlərimiz sayılan və heyrətamiz
xüsusiyyətləri ilə seçilən Qarabağ atlarının bənzərsizliyini ifadə etməklə
tamaşaçıların böyük marağına səbəb olmuş və xüsusi zövqlə izlənilmişdir.
Tədbirin sonunda iştirakçılar xüsusi medallar
və fərmanlarla təltif ediliblər. Azərbaycan təmsilçilərinə mükafatları Türkiyə
Cumhuriyyətinin vitse-prezidenti cənab Fuad Oqtay təqdim edib.