Atçılığın konkur növü üzrə “Sərhədçi Kuboku” turniri keçiriləcək.


Azərbaycan Respublikası Atçılıq Federasiyasının  təşkilatçılığı ilə 27-28  aprel 2018-ci il tarixlərdə Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə “Sərhədçi Kuboku” turniri keçiriləcək.  Turnir E, M* və S* kateqoriyaları üzrə təşkil olunacaq.

İki gün davam edəcək turnirin ilk günü yarış saat 15.00-da, sonuncu günü isə saat 11.00-da başlayacaq.Turnirin ilk günü E və M* kateqoriyaları üzrə təşkil olunacaq.  E kateqoriyası üzrə maneələrin hündürüyü 80 sm olan yarışda 20 yaşadək olan yeniyetmə idmançıların iştirakına icazə verilir. Günün ikinci yarışı olan M* kateqoriyası isə hər yaş qrupundan olan idmançılar üçün açıq olacaq. Bu yarışda ən hündür maneə 125 sm olaraq nəzərdə tutulmuşdur.  Turnir yerli hakimlər kollegiyası tərəfindən idarə olunacaq.