“Arzu kuboku” uğrunda konkur yarışları


14 oktyabr 2023-cü il tarixdə “Binə Atçılıq Mərkəzinin”nin qapalı manejində “Arzu Kuboku” uğrunda konkur yarışları keçirilib.

“A*” və “L” kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib.

“A*” kateqoriyası üzrə 90 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 21 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 21 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 19 idmançının iştirak etdiyi mübarizədə “Omar” klubunun idmançısı Samira Baxışyeva “Bulud” ləqəbli atla 1-ci, “Elite" klubunun idmançısı Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla 2-ci, “Sərhədçi" klubunun idmançısı Ramil İbrahimov "Şirin" ləqəbli atla 3-cü, Atçılıq məktəbinin idmançısı Nicat Rəhimov “Şahzadə” ləqəbli atla 4-cü, eyni  məktəbin idmançısı Kamilla Həsənbəyova "Pur-pur" ləqəbli atla 5-ci yerin sahibi olub.

“L” kateqoriyası üzrə, hündürlüyü 110-115 sm olan yarışda 8 idmançı iştirak edib. Nəticədə "Gilan" klubunun idmançısı Rahib İsmayılov "Carthanio" ləqəbli atla 1-ci, "Elite" klubunun idmançısı Anar Hümbətov "Cera 59" ləqəbli atla 2-ci, eyni klubun idmançısı Aydan Ağayeva "Zirvə" ləqəbli atla 3-cü yerdə qərarlaşmışdır.